​Suriyada Bəşşar Əsədin 60 hərbçisi öldürülüb

​Suriyada Bəşşar Əsədin 60 hərbçisi öldürülüb Ölənlər arasında 11 "hizbullah"çı və bir iranlı komandirin olduğu da bildirilib
Digər ölkələr
9 Yanvar , 2015 16:33
​Suriyada Bəşşar Əsədin 60 hərbçisi öldürülüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin şimalında yerləşən müxalif silahlılar Bəşşar Əsədə bağlı 60 əsgəri öldürüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Suriya Ali İnqilab Şurasından yayılan açıqlamaya əsasən, başqa müxalif silahlı qruplarla "Nusra" cəbhəsinin birlikdə gerçəkləşdirdiyi basqın nəticəsində strateji önəm daşıyan Nubul və Zəhra rayonlarının cənub və qərb hissəsinə nəzarət ələ keçirilib.

Məlumata əsasən, ölən 60 əsgər arasında 11 "hizbullah"çı və bir iranlı komandir də var. 

Son xəbərlər

Orphus sistemi