​Suriyada baş vermiş terror aktında ölənlərin sayı 52-ə çatıb

​Suriyada baş vermiş terror aktında ölənlərin sayı 52-ə çatıb Hadisə zamanı 170 nəfər xəsarət alıb
Digər ölkələr
28 İyul , 2016 05:23
​Suriyada baş vermiş terror aktında ölənlərin sayı 52-ə çatıb

Bakı. 28 iyul. REPORT.AZ/ Suriyanın şimal-şərqindəki Kamışlıda baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 52-ə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə zamanı xəsarət alanların sayı 170 nəfərdir.

Xatırladaq ki, çərşənbə günü Kamışlının qərbində minalanmış avtomobilin partladılması nəticəsində ilkin məlumata görə 45 nəfər ölüb. 

Daha bir terror aktı isə elektrostansiya ərazisində baş verib. Burada da minalanmış avtomobil partladılıb.

Son xəbərlər

Orphus sistemi