Bakı. 19 oktyabr. REPORT.AZ/ Suriyanın Hama vilayətinə endirilən hava zərbələri nəticəsində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) ən azı 40 üzvü zərərsizləşdirilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurasının məlumatında bildirilir.
Qeyd olunur ki, şənbə günü həyata keçirilən aviahücum nəticəsində, həmçinin terrorçuların 16 avtomobili məhv edilib.