​Suriyada 60-dan çox terrorçu məhv edilib

​Suriyada 60-dan çox terrorçu məhv edilib Həmçinin iki tank, zirehli maşın və nəqliyyat vasitələri sıradan çıxarılıb
Digər ölkələr
3 Avqust , 2016 01:53
​Suriyada 60-dan çox terrorçu məhv edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Suriya qoşunları xalq könüllülərinin dəstəyi ilə Deyr-əz-Zor şəhərinə yaxınlaşmaqda olan terrorçuların hücumlarının qarşısını alıblar.

"Report" xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Cneyn və Əl-Buqeyliyə yaşayış məntəqələri yaxınlığında gedən döyüşlər zamanı 60-dan yuxarı İŞİD terrorçusu məhv edilib. Həmçinin onların iki tankı, bir zirehli maşını, bir neçə avadanlıq və hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi