​Suriyada 5 gün ərzində 178 nəfər həlak olub

​Suriyada 5 gün ərzində 178 nəfər həlak olub Ölənlər arasında qadın və uşaqlar da var
Digər ölkələr
12 Fevral , 2015 03:45
​Suriyada 5 gün ərzində 178 nəfər həlak olub

Bakı. 12 fevral. REPORT.AZ/ Hökumət qüvvələrinin Dəməşqin iki ildir mühasirədə olan Şərqi Quta rayonuna ard-arda beş gün davam edən hücumları nəticəsində 178 nəfər həlak olub, 370-dən artıq insan yaralanıb.

"Report" xəbər verir ki, SNHR Suriya hüquq-mühafizə təşkilatının hesabatına görə, 5-9 fevral tarixlərində təşkil edilən hücumlar zamanı ölənlərin 143-ü dinc sakin, 35 nəfəri isə silahlı müxalifətçi olub.

Ümumilikdə 178 nəfər ölüb ki, onların da 28 nəfəri qadın, 29 nəfəri isə uşaqdır.

Sənədlərdə verilən məlumata görə, beş gün ərzində 60 nəfəri uşaq, 75 nəfəri qadın olmaqla ümumilikdə 370 şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi