​Suriyada 4 ildə 211 min nəfər öldürülüb

​Suriyada 4 ildə 211 min nəfər öldürülüb Bəşşar Əsədə bağlı silahlı qüvvələr 18 242 uşağı qətlə yetirib
Digər ölkələr
13 Mart , 2015 19:00
​Suriyada 4 ildə 211 min nəfər öldürülüb

Bakı. 13 mart. REPORT.AZ/ 2011-ci ildən bəri Suriyadakı daxili qarşıdurma nəticəsində 211 min nəfər ölüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Xəbərdə bildirilib ki, Bəşşar Əsədə bağlı silahlı qüvvələr 18 min 242-si uşaq, 18 min 457-si qadın, 11 min 427-si işgəncə altında olmaqla 176 min 678 mülki şəxsi, 27 min 496 silahlı müxalifətçini öldürüb.

Hesabata əsasən, İŞİD terrorçuları 2013-cü ildən bu yana Suriyada 1054 mülki, 2913 müxalif olmaqla 3967 nəfəri öldürüb.

Məlumatda qeyd olunub ki ki, silahlı müxalifətin hücumu nəticəsində 1787 nəfər həyatını itirib.

2014-cü ilin sentyabrında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən İŞİD-ə qarşı hava hücumları nəticəsində isə 103 mülki şəxs ölüb.

Son xəbərlər

Orphus sistemi