​Suriyada 25 İŞİD-çi öldürülüb

​Suriyada 25 İŞİD-çi öldürülüb Kafr Bişuş, Şeyx Riyx, Bill və Tel Hüseyn kəndlərində İŞİD qüvvələrinə qarşı xüsusi əməliyyat keçirilib
Digər ölkələr
16 Aprel , 2016 18:55
​Suriyada 25 İŞİD-çi öldürülüb

Bakı. 16 aprel. REPORT.AZ/ Suriya müxalifəti hərbçiləri İŞİD üzvlərinin Aazez rayonunun Dudyan kəndinə keçməsi cəhdinin qarşısını alıblar. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə keçirilmiş əməliyyat nəticəsində 25 terrorçu məhv edilib.

Eyni vaxtda Suriya müxalifətinin hərbçiləri Kafr Bişuş, Şeyx Riyx, Bill və Tel Hüseyn yaşayış məskənlərini İŞİD qüvvələrindən təmizləmək üçün xüsusi əməliyyatı davam etdiriblər.

Terrorçuların arasıkəsilməz hücumları daha 30 min suriyalının öz evlərini tərk etmələrinə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi