​Suriyada 140 İŞİD terrorçusu məhv edilib

​Suriyada 140 İŞİD terrorçusu məhv edilib Beynəlxalq antiterror koalisiyasının Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə 11 aviasiya zərbəsi endirib
Digər ölkələr
29 May , 2016 06:42
​Suriyada 140 İŞİD terrorçusu məhv edilib

Bakı. 29 may. REPORT.AZ/ İŞİD-in Türkiyənin Kilis vilayətinin Əlbəyli rayonuna artilleriya və raket atəşinə cavab olartaq türk ordusu terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirməklə cavab verib.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, İŞİD-in Suriya ərazisindəki mövqelərinə “Fırtına” haubitsalarından 233, D40 raket qurğularından 40, tanklardan isə 4 atəş açılıb.

Bununla yanaşı, beynəlxalq antiterror koalisiyasının Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə 11 aviasiya zərbəsi endirib.

Nəticədə İŞİD-in 140 terrorçusu, o cümlədən qərargah kimi istifadə edilən 7 obyekt məhv edilib. 

Son xəbərlər

Orphus sistemi