​Suriya üzrə donor ölkələr 40 mlrd. dollar kredit ayıracaqlar

​Suriya üzrə donor ölkələr 40 mlrd. dollar kredit ayıracaqlar Bu barədə Suriyaya dəstək konfransının yekun bəyannaməsində bildirilir
Digər ölkələr
4 Fevral , 2016 21:57
​Suriya üzrə donor ölkələr 40 mlrd. dollar kredit ayıracaqlar

Bakı. 4 fevral. REPORT.AZ/ Donor ölkələr Suriya böhranının fəsadlarının aradan qaldırılması üçün 2020-ci ilə qədər təqribən 11 milyard dollar və əlavə olaraq 40 mlrd. dollar kredit ayırmaq niyyətindədirlər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Londonda keçirilən Suriyaya dəstək üzrə donor konfransının yekun birgə bəyannaməsində bildirilir.

"Biz 10 milyard dollardan çox vəsait ayırmaq niyyətindəyik— 5,6 mlrd. dollar 2016-cı ildə və 5,1 mlrd. dollar 2017-ci ildən 2020-ci ilədək", — deyə bəyannamədə qeyd olunur.

"Əlavə olaraq çoxtərəfli inkişaf bankları və donor ölkələr təqribən 40 mlrd. dollar kredit ayrılacağını bəyan ediblər", — deyə sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi