Bakı. 12 noyabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətində hökumət qoşunları terrorçuları məğlubiyyətə uğradaraq Əl-Hader şəhərinə nəzarəti ələ keçirib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunadək şəhər "Cəbhat ən-Nüsra" və digər ekstremist qruplaşmaların nəzarəti altında olub.
Bəzi məlumatlara görə, hücum zamanı Suriya qoşunlarına Livanın "Hizbullah" hərəkatının döyüşçüləri köməklik göstərib.
İndi hərbçilərin qarşısında Dəməşq-Hələb yolunun terrorçuların nəzarəti altında olan bir hissəsini azad etmək vəzifəsi durur. Yolun böyük hissəsi artıq hökumət qoşunlarının nəzarətinə keçib.