​Suriya ordusu Türkiyə ərazisindən minaatanlardan atəşə tutulub

​Suriya ordusu Türkiyə ərazisindən minaatanlardan atəşə tutulub Atəş Türkiyədə yerləşən Cəbəl əl-Akra dağları tərəfdən açılıb
Digər ölkələr
28 Noyabr , 2015 21:43
​Suriya ordusu Türkiyə ərazisindən minaatanlardan atəşə tutulub

Bakı. 28 noyabr. REPORT.AZ/ Suriya ordusu Türkiyə ərazisində yerləşən Cəbəl əl-Akra dağlarından minaatanlardan atəşə tutulub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Suriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əli Mayhub bildirib.

"Ötən gecə Türkiyə ərazisində yerləşən Cəbəl əl-Akra dağları tərəfdən Suriyanın hökumət qüvvələrinin bölmələri minaatanlardan intensiv şəkildə atəşə tutulub", — deyə Mayhub brifinqdə bildirib.

"Suriya ərəb ordusunun baş komandanı bu cür davranışların təhlükəli olması barədə xəbərdarlıq edir", — deyə Suriya nümayəndəsi diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi