Suriya ordusu İŞİD-in "paytaxt"ı Rakkanı ələ keçirmək üçün əməliyyata başlayıb

Suriya ordusu İŞİD-in "paytaxt"ı Rakkanı ələ keçirmək üçün əməliyyata başlayıb Suriya ordusu bu ərazilərdə Rusiya aviasiyasının dəstəyi ilə irəliləyib
Digər ölkələr
4 İyun , 2016 15:18
Suriya ordusu İŞİD-in paytaxtı Rakkanı ələ keçirmək üçün əməliyyata başlayıb

Bakı. 4 iyun. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri şənbə günü İŞİD terror qruplaşmasının özünə "paytaxt" seçdiyi Rakka şəhərinin yerləşdiyi eyniadlı əyalətin sərhədlərini keçərək oraya daxil olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Suriya ordusu bu ərazilərdə Rusiya aviasiyasının dəstəyi ilə irəliləyib.

Hərbi mənbədən "Sputnik" agentliyinə verilən məlumata görə, hərbi əməliyyatlar zamanı suriyalı hərbçilər starteji baxımdan əhəmiyyətli olan Əbu əl-İlyac kəndinə nəzarəti ələ keçirib və Rakkanın şərq kənarında yerləşən əl-Tabka şəhərinə doğru irəliləyib.

Son xəbərlər

Orphus sistemi