Suriya ordusu əl-Karyateyn şəhərini azad edib

Suriya ordusu əl-Karyateyn şəhərini azad edib Suriya ordusunun bölmələri şəhər ətrafında "təmizlik" işləri aparır, istehkamçılar küçələri və evləri minalardan təmizləyir
Digər ölkələr
3 Aprel , 2016 18:27
Suriya ordusu əl-Karyateyn şəhərini azad edib

Bakı. 3 aprel. REPORT.AZ/ Suriya ordusu könüllü qruplaşmaların yardımı ilə Homs əyalətini cənubunda yerləşən əl-Karyateyn şəhərini İŞİD terror qruplaşmasının nəzarətindən tam azad edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, şəhərdə döyüşlər dayandırılıb. Suriya ordusunun bölmələri şəhər ətrafında "təmizlik" işləri aparır, istehkamçılar küçələri və evləri minalardan təmizləyir. Amma şəhərin bəzi yerlərində hələ də tək-tək odlu silah atəşləri eşidilir.

Son xəbərlər

Orphus sistemi