Suriya Ordusu: "ABŞ aviasiyasının Deyr-əz-Zora hücumu aşkar təcavüzdür"

Suriya Ordusu: "ABŞ aviasiyasının Deyr-əz-Zora hücumu aşkar təcavüzdür" Nəticədə 62 Suriya hərbçisi həyatını itirib
Digər ölkələr
18 Sentyabr , 2016 06:57
Suriya Ordusu: ABŞ aviasiyasının Deyr-əz-Zora hücumu aşkar təcavüzdür

Bakı. 18 sentyabr. REPORT.AZ/ Suriya Silahlı Qüvvələri Komandanlığı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Deyr-əz-Zor şəhəri ətrafındakı hərbi mövqelərə hücumunu "təhlükəli və aşkar təcavüz" kimi qiymətləndirib.

"Report" xəbər verir ki, SANA informasiya agentliyinin dərc etdiyi bəyanatda bildirilir ki, İŞİD terrorçuları Amerika aviasiyasının endirdiyi zərbələrdən Cəbəl-Sarda dağındakı əsas mövqelərin ələ keçirilməsi üçün istifadə edib.

O, Deyr-əz-Zorun girəcəyində hökumət qüvvələrinin əsas bazası sayılan hərbi aerodrom yaxınlığında yerləşir.

"Suriya qoşunları ABŞ HHQ-nin hücumu nəticəsində canlı qüvvə və texnikasını itirib ki, bu da terrorçuların hərbi mövqeləri ələ keçirməsinə kömək edib", - deyə ordu komandanlığından bildirilib.

Son xəbərlər

Orphus sistemi