Suriya ordusu 35 yaraqlını məhv edib

Suriya ordusu 35 yaraqlını məhv edib Terrorçulara məxsus 15 ədəd zirehli texnika sıradan çıxarılıb
Digər ölkələr
15 Avqust , 2016 07:48
Suriya ordusu 35 yaraqlını məhv edib

Bakı. 15 avqust. REPORT.AZ/ Suriya qoşunları ilə qanunsuz silahlı birləşmələr arasında Hələb yaxınlığında, paytaxt Dəməşqdən 360 kilometr məsafədə şiddətli döyüşlər gedir.

"Report"un məlumatına görə, bu barədə "Suriya əl-Ən" portalı xəbər yayıb.

Məlumata görə, "Ceyş əl-Fəth" silahlı qruplaşmasının koalisiyası Hələbin Ramus kvartalında, sement zavodunun yaxınlığında ordunun mövqeyinə hücum ediblər. Hökumət qüvvələri silahlıların hücumunu dəf edib.

Ordu bölmələri ilə yaraqlılar arasındakı döyüş zamanı azı 35 terrorçu öldürülüb. 

Habelə artilleriya atəşi ilə yaraqlılara məxsus 15 ədəd zirehli texnika məhv edilib.

Son xəbərlər

Orphus sistemi