Suriya müxalifətinin 28 lideri Moskvaya dəvət olunub

Suriya müxalifətinin 28 lideri Moskvaya dəvət olunub Danışıqlar yanvarın sonuna nəzərdə tutulur.
Digər ölkələr
2 Yanvar , 2015 19:21
Suriya müxalifətinin 28 lideri Moskvaya dəvət olunub

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiya Suriya müxalifətinin liderlərini Moskvaya danışıqlara dəvət edib.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, danışıqlar yanvarın sonuna nəzərdə tutulur.

Ümumilikdə, Suriya müxalifətinin 28 lideri Moskvanın dəvətini alıb.Onlar arasında Suriya Milli koalisiyasının lideri Hadi al-Bahra, koalisiyanın iki keçmiş lideri al –Khatib və Sida da var.

Assad rejiminin müdafiəçisi olan Rusiyanın dəvətini Suriya müxalifəti Türkiyədə yanvarın 2-də açılan baş məclisində müzakirə edəcək.

Assad hökuməti Moskvanın dəvəti barədə deyib ki, ilkin danışıqlarda iştirak edə bilər. Ancaq bu, Suriyanın özündə konfransa yol açmalıdır.

Suriyada 2011-ci ildə müharibə başlanandan 200 min adam ölüb.

Son xəbərlər

Orphus sistemi