​Suriya müxalifəti Rusiya ilə dialoqa hazır olduğunu bildirib

​Suriya müxalifəti Rusiya ilə dialoqa hazır olduğunu bildirib Bunu müxalifətin Milli Koalisiyası Siyasi Bürosunun üzvü bildirib
Digər ölkələr
10 Oktyabr , 2015 03:36
​Suriya müxalifəti Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Suriyanın mötədil müxalifəti Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Suriya müxalifət qüvvələri Milli Koalisiyasının Siyasi Bürosunun üzvü Bədr Camus bildirib.

O, həmçiin qeyd edib ki, Rusiyanın Suriyadakı əməliyyatları danışıqların başlamasının qarşısını alır. Camusun sözlərinə görə, Bəşər Əsəd hökuməti Rusiya hərbçilərinə düzgün məlumat vermir və bu səbəbdən İŞİD terrorçuları əvəzinə mötədil müxalifət zərbə altına düşür.

Son xəbərlər

Orphus sistemi