​Suriya müxalifəti Hələb şəhərini raket atəşinə tutub

​Suriya müxalifəti Hələb şəhərini raket atəşinə tutub Nəticədə dörd nəfər, eləcə də, ana və uşaq həlak olub
Digər ölkələr
4 May , 2015 22:14
​Suriya müxalifəti Hələb şəhərini raket atəşinə tutub

Bakı. 4 may. REPORT.AZ/ Suriya silahlı müxalifətinin yaraqlıları bazar günü ölkənin şimal paytaxtı Hələb şəhərinin üç yaşayış məhəlləsini raket atəşinə tutublar.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər polisinin nümayəndəsi məlumat verib.

Məlumata əsasən, şəhər reaktiv yaylım atəşi qurğularından atəşə tutulub.

Onun sözlərinə görə, atılan mərmilər Əşrəfiyyə, Kuatlı və Əl-Əziziyyə küçələrində partlayıb. Nəticədə dörd dinc sakin, eləcə də, ana və uşaq həlak olub, daha 36 nəfər yaralanıb.

Şənbə günü açılan raket atəşi nəticəsində isə 14 dinc sakin həyatını itirib, daha 60-dan çox insan yaralanıb.

Hücuma görə məsuliyyəti Bəni-Zeyd rayonunu ələ keçirən "Şühəda Bədr" ekstremist qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi