​Suriya müxalifəti bütün ərəb ölkələrini İranla münasibətləri kəsməyə çağırıb

​Suriya müxalifəti bütün ərəb ölkələrini İranla münasibətləri kəsməyə çağırıb Qeyd olunur ki, müxalifət Ər-Riyadın İranla diplomatik münasibətləri dayandırmaq qərarını dəstəkləyir
Digər ölkələr
5 Yanvar , 2016 05:58
​Suriya müxalifəti bütün ərəb ölkələrini İranla münasibətləri kəsməyə çağırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Suriya müxalifətinin milli koalisiyası bütün ərəb ölkələrinin İran-Səudiyyə münaqişəsi fonunda Tehranla əlaqələri kəsməsini tələb edib.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, Suriya müxalifəti Ər-Riyadın İranla diplomatik münasibətləri dayandırmaq qərarını dəstəkləyir və "bütün ərəb və İslam ölkələrini belə bir addım atmağa" çağırır.

"İran Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Səudiyyə Ərəbistanı isə müxalifətə, xüsusilə də, milli koalisiyaya", - deyə bəyanatda bildirilir.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

Son xəbərlər

Orphus sistemi