Suriya mövzusu Türkiyə və Rusiya prezidentləri arasında fikir ayrılığına səbəb olub

Suriya mövzusu Türkiyə və Rusiya prezidentləri arasında fikir ayrılığına səbəb olub Ərdoğan Suriya Prezidenti Bəşər Əsədin rejimini terrorçu adlandırıb
Digər ölkələr
1 Dekabr , 2014 23:30
Suriya mövzusu Türkiyə və Rusiya prezidentləri arasında fikir ayrılığına səbəb olub

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər.

Dövlət başçıları iki ölkə arasında münasibətlərin inkişafı, regional münaqişələrin həllinə qarşılıqlı yardım, beynəlxalq proseslər, enerji kimi məsələlər barədə fikirlərini bölüşüblər.

Suriya probleminin müzakirəsi zamanı Putin ilə Ərdoğanın tamamilə zidd mövqe nümayiş etdirməsi xüsusilə diqqət çəkib.

"Report"un məlumatına görə, Putin bildirib ki, Suriyada sülhün və təhlükəsizliyin təmin olunması üçün Ankara ilə Moskva əməkdaşlıq etməlidir: "Biz elə qərarlar verməliyik ki, Suriya xalqı və bu ölkənin bütün siyasi gücləri üçün uyğun olsun".

Ərdoğan isə öz növbəsində Suriya Prezidenti Bəşər Əsədin rejimini terrorçu adlandırıb.

Suriyada yaşanan qanlı hadisələrin səbəbkarının bilavasitə Əsəd rejimi olduğunu vurğulayan Türkiyə prezidentinin fikrincə, Bəşər Əsəd rejimi mütləq hakimiyyətdən getməlidir və "xalqı azad seçkilərə hazırlamaq üçün platforma təşkil etməlidir".

Son xəbərlər

Orphus sistemi