"Report" Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, Suriya hökumətinin bəyanatına görə, İsrail hakimiyyəti terrorçuluğu dəstəklədiyini gizlətmir, ona görə də, İsrail hakimiyyətinə qarşı onun bu fəaliyyətinin qarşısını alan tədbirlər görmək lazımdır.
Qeyd edək ki, dekabrın 7-də İsrailin Hərbi Hava Qüvvələri Dəməşq beynəlxalq hava limanına və paytaxtın qərbində yerləşən Dimas şəhərinə havadan zərbələr endirib. Ehtimala görə, İsrail bombardıman zamanı döyüş sursatı anbarlarını hədəf alıb.