Bakı. 18 mart. REPORT.AZ/ Suriyanın Hərbi Hava Qüvvələri (HHQ) Latakiya limanı yaxınlığında Amerikanın kəşfiyyatla məşğul olan uçan pilotsuz apparatını vurublar.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
"Suriya HHQ Latakiyanın şimalında düşmən Amerikanın kəşfiyyat təyyarəsini vurub", - deyə agentliyin məlumatında bildirilir.
Latakiya Suriya Ərəb Respublikasının Aralıq dənizində ən əsas limanıdır. Apparat liman yaxınlığındakı İbn-Hani rayonunda yerə düşüb. Hazırda təyyarənin hissələrinin axtarışı aparılır.