Bakı. 3 fevral. REPORT.AZ/ Sudanın Mərkəzi Darfur regionunda iki Rusiya vətəndaşı naməlum şəxslər tərəfindən oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə Sudanın sözügedən regionunun qubernatoruna istinadən "RİA Novosti" məlumat yayıb.
"Naməlum silahlı şəxslər müşayiət olunmayan iki Rusiya vətəndaşını oğurlayıblar", -deyə Darfur qubernatoru Cəfər Əbdül Həkəm bildirib.
Rusiyanın Sudandakı səfirliyi məlumatı təsdiq edib.
Oğurlanan şəxslər hansısa aviaşirkətin əməkdaşları olublar və müqavilə əsasında BMT-nin Sudandakı missiyasında işləyiblər.
Hadisə yanvarın 29-da baş verib.