Bakı. 28 aprel. REPORT.AZ/ Sudan prezidenti Ömər Bəşir yenidən seçkilərdə qəti qələbə qazanıb.
"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, Sudan
71 yaşlı Ö.Bəşir 13 çox az tanınan rəqiblə mübarizə aparıb və əsas müxalifət seçkini baykot edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib.
Ö.Bəşir Darfur regionunda soyqırım törətməkdə və digər cinayətlərdə ittiham olunur.
Qeyd edək ki, Ömər Bəşir 25 ildir ki, Sudanda hakimiyyətdədir.