Strasburqda Avropa Parlamentinin bu ilin son plenar sessiyası açılır

Strasburqda Avropa Parlamentinin bu ilin son plenar sessiyası açılır Sessiyanın gündəliyinə Gürcüstanın Aİ ilə assosiasiyası haqqında Müqavilənin ratifikasiyası və Fələstinin tanınması məsələləri daxil edilib
Digər ölkələr
15 Dekabr , 2014 10:41
Strasburqda Avropa Parlamentinin bu ilin son plenar sessiyası açılır
Bakı. 15 dekabr. REPORT.AZ/ Avropa Parlamentinin (AP) bu ilin son plenar sessiyası Fransanın Strasburq şəhərində açılır. "Report" xəbər verir ki, deputatlar Gürcüstanın Avropa İttifaqı ilə assosiasiyası haqqında Müqavilənin ratifikasiyası və Fələstinin tanınması məsələlərini müzakirə edəcəklər.

Dekabr ayının 17-də Avroparlament Fələstin Dövlətinin Avropa ictimaiyyəti tərəfindən tanınmasının lazım olub-olmaması haqqında qətnamə qəbul edəcək, Aİ üzv ölkələri bu qətnaməni icra etmək məcburiyyətində deyil. 

Avroparlament, həmçinin Gürcüstanın Avropa İttifaqı ilə assosiasiyası haqqında Müqavilənin ratifikasiyasını müzakirə etmək niyyətindədir.

Dekabrın 18-də deputatlar Gürcüstanda vəziyyət, o cümlədən Tbilisinin Moskva ilə qarşılıqlı münasibətləri kontekstində vəziyyəti müzakirə etməyi və qətnamə qəbul etməyi  planlaşdırırlar. Sənəd layihəsində Rusiyaya "Abxaziya və Cənubi Osetiyanın tanınmasını yenidən nəzərdən keçirmək" və "gücdən istifadə olunmamağına qarşılıqlı cavab vermək" haqqında çağırış səslənib.

Sessiya işini dekabr ayının 18-də başa vuracaq. 

Son xəbərlər

Orphus sistemi