Stoltenberq : "Rusiyanın hərbi qüdrətinin artmasına müqavimət göstərməliyik"

Stoltenberq : "Rusiyanın hərbi qüdrətinin artmasına müqavimət göstərməliyik" NATO-nun baş katibi Portiqaliyada keçirilən "hərbi oyunlar"da iştirak edir
Digər ölkələr
6 Noyabr , 2015 05:07
Stoltenberq : Rusiyanın hərbi qüdrətinin artmasına müqavimət göstərməliyik

Bakı. 6 noyabr. REPORT.AZ/ NATO-nun baş katibi Rusiyanın Baltik dənizindən Aralıq dənizinədək hərbi mövcudluğunu artmasına müqavimət göstərilməsinin vacibliyini vurğulayıb.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Portiqaliyada keçirilən NATO-nun "hərbi oyunlar"ında iştirak edən Yens Stoltenberq bildirib ki, hazırda Rusiya Kalininqrad bölgəsi, Qara dəniz və Aralıq dənizinin şərqində hərbi gücünü artırırır. Beləliklə, ABŞ və müttəfiqlərinin bu bölgələrə çıxışı məhdudlaşdırılır.

Onun sözlərinə görə, NATO-nun öz missiyalarını həyata keçirməsi üçün bu kimi çağırışlara effektiv şəkildə müqavimət göstərməlidir.

NATO-nun baş katibi bildirib ki, hazırkı manevrlər alyansın özünümüdafiəsinə və hər bir təhdidə hazır olduğuna işarədir.

Son üç həftədir NATO-ya müttəfiq ölkələrin 36 min əsgərdən ibarət hərbi qüvvəsi İtaliya, İspaniya və Portuqaliyada keçirilən hərbi təlimlərdə iştirak edir.

Son xəbərlər

Orphus sistemi