Stoltenberq: "NATO Ukraynanın şərqində baş verənlərə müdaxilə etməyəcək"

Stoltenberq: "NATO Ukraynanın şərqində baş verənlərə müdaxilə etməyəcək" "Ukrayna NATO-ya üzv dövlət deyil, Şimali Alyans isə ancaq təşkilata daxil olan ölkələrin təhlükəsizliyini təminat altına alır"
Digər ölkələr
14 Mart , 2015 02:34
Stoltenberq: NATO Ukraynanın şərqində baş verənlərə müdaxilə etməyəcək

Bakı. 14 mart. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, onun rəhbərlik etdiyi qurum Ukraynada baş verən hadisələrə müdaxilə etməyəcək.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Britaniyanın Sky News telekanalına müsahibə verən Y.Stoltenberq bildirib ki, Ukrayna NATO-ya üzv dövlət deyil, Şimali Alyans isə ancaq təşkilata daxil olan ölkələrin təhlükəsizliyini təminat altına alır.

"Buna baxmayaraq biz rəsmi Kiyevə güclü siyasi dəstəklə yanaşı hərbi islahatlar sahəsində də köməklik göstəririk", - deyən NATO-nun baş katibi, hesab edir ki, hazırda əsas məsələ Ukrayna münaqişəsinin həllinə dair Minsk razılaşmalarına əməl olunmasıdır.

Qeyd edək ki, Minsk razılaşmalarına əsasən Rusyapərəst separatçıların nəzarətində olan bölgələrə xüsusi status verilməli, xarici qoşunlar Ukrayna ərazisindən çıxarılmalı, Rusiya ilə sərhədə nəzarət yenidən Ukraynaya qaytarılmalıdır.

Son xəbərlər

Orphus sistemi