Şri-Lankada daşqın və torpaq sürüşmələrindən ölənlərin sayı 92 nəfərə çatıb

Şri-Lankada daşqın və torpaq sürüşmələrindən ölənlərin sayı 92 nəfərə çatıb Şri-Lankadakı daşqın və sürüşmələr 92 nəfərin həyatlna son qoyub
Digər ölkələr
22 May , 2016 22:30
Şri-Lankada daşqın və torpaq sürüşmələrindən ölənlərin sayı 92 nəfərə çatıb

Bakı. 22 May. REPORT.AZ/ Şri-Lankada leysan yağışların əmələ gətirdiyi daşqın və torpaq sürüşmələri 92 nəfərin həyatına son qoyub. 

"Report"un məlumatına görə, bu haqda "Associated Press" xəbər yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 109 nəfər itkin düşüb. Daşqın və torpaq sürüşmələrindən ümumilikdə 500 minə yaxın insan ziyan çəkib. Onların 200 min nəfəri müvəqqəti sığınacaqlara yerləşdiriliblər.

Müvafiq qurumlar itkin düşmüş vətəndaşların axtarışlarına başlayıb. Sel ən çox Araneyeyk rayonunz ziyan vurub. Sinoptiklər mayın 15-dən leysan yağışların davam edəcəyini bildirərək daqşın və sürüşmə təhlükəsinin qaldığını deyirlər.  

Son xəbərlər

Orphus sistemi