Şri-Lankada təbii fəlakətlərə görə 650 min sakin evini tərk edib

Şri-Lankada təbii fəlakətlərə görə 650 min sakin evini tərk edib Ən çox ziyan ölkənin şimal və mərkəzi dairəsinə dəyib
Digər ölkələr
25 Dekabr , 2014 19:07
Şri-Lankada təbii fəlakətlərə görə 650 min sakin evini tərk edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Şri-Lankada leysan yağışların yaratdığı daşqınlar, torpaq sürüşməsi nəticəsində 650 mindən çox insan yaşadığı evi tərk edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bir müddət əvvəl 60 min sakinin təxliyyə edilməsi haqda məlumat yayılmışdı.

Dekabrın 19-da ölkənin mərkəzi və şimal hissəsinə leysan yağış yağmışdı. Təbii fəlakətdən ən çox ziyan ölkənin şimal-şərqində yerləşən, 450 minə yaxın əhalisi olan Battikalov dairəsinə dəyib.

Son xəbərlər

Orphus sistemi