​Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb

​Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb 140-dan çox insan dağıntılar altında qalıb
Digər ölkələr
22 May , 2016 12:16
​Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb

Bakı. 22 may. REPORT.AZ/ Şri-Lankada leysan yağışlar zamanı yaranan daşqınlar və sürüşmə nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Şri-Lankanın Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Bundan öncə ölənlərin sayının 71 nəfər olduğu bildirilirdi.

Son məlumatlara görə, təbii fəlakət 500 min nəfərə ziyan vurub, təqribən 200 min insan müvəqqəti sığınacaqlarda qalmaqdadır.

Hakimiyyət orqanları Araneyeyk rayonunda böyük sürüşmə nəticəsində torpaq altında qalan insanların axtarışlarını davam etdirir, hadisə yerinə ordu cəlb olunub.

Hərbçilərin qiymətləndirməsinə görə, 140-dan çox insanın dağıntılar altında qalma ehtimalı var.

Son xəbərlər

Orphus sistemi