​Şotlandiyada Ebola təhlükəsi qeydə alınıb

​Şotlandiyada Ebola təhlükəsi qeydə alınıb Tibb işçisi virusa Qərbi Afrikada yoluxub
Digər ölkələr
30 Dekabr , 2014 02:34
​Şotlandiyada Ebola təhlükəsi qeydə alınıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Son vaxtlar Afrika qitəsində kütləvi şəkildə ölümə səbəb olan Ebola virusu yavaş-yavaş Avropa qitəsinə də yayılmağa başlayıb. Son olaraq Şotlandiya höküməti tibb işçilərindən birinin bu xəstəliyə yoluxması haqqında məlumatı təsdiqləyib.

"Report"un məlumata görə, tibb işçisi virusa Qərbi Afrikada yoluxub. Sözügedən xəstə hazırda cəmiyyətdən təcrid olunub və Qlazqo şəhərində yerləşən Qartnavel xəstəxanasında müalicə olunur.

Son xəbərlər

Orphus sistemi