Bakı. 15 yanvar. REPORT.AZ/ Şotlandiya polisi Bişopbriqqs şəhərində müsəlmanların mədəniyyət mərkəzində törədilən yanğının səbəbkarlarını tapmaq üçün hadisənin videosunu yayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, insident ötən il noyabrın 17-də baş verib və dəyən ziyan min funt həcmində qiymətləndirilir.
Videoda göy geyimli şəxsin qapı ağzında yerə maye tökərək onu alışdırdığını görmək olar.