​Somalidə törədilən partlayış nəticəsində 10 nəfər ölüb

​Somalidə törədilən partlayış nəticəsində 10 nəfər ölüb Hadisənin məsuliyyətini hələlik heç bir təşkilat üzərinə götürməyib
Digər ölkələr
21 Aprel , 2015 17:32
​Somalidə törədilən partlayış nəticəsində 10 nəfər ölüb

Bakı. 21 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişonun mərkəzində restoranlardan birində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report" "RİA Novost"yə istinadən xəbər verir ki, intiharçı terrorçunun partlayıcı maddə ilə dolu olan avtomobili şəhər restoranlarından birinin qapısına çarpması nəticəsində partlayış baş verib.

Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

"Əş-Şəbab" ("Gənc mücahidlər hərəkatı") terrorçu qruplaşması Somalidə yerləşir. Xəbərə görə, bu terrorçu təşkilatın "əl-Qaidə" ilə sıx əlaqələri var. 

Son xəbərlər

Orphus sistemi