Somalidə hava limanında güclü partlayış olub, 13 nəfər həlak olub - YENİLƏNİB

Somalidə hava limanında güclü partlayış olub, 13 nəfər həlak olub - YENİLƏNİB İçərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil Afrika Birliyinin sülhməramlı bazası yaxınlığında partladılıb
Digər ölkələr
26 İyul , 2016 11:48
Somalidə hava limanında güclü partlayış olub, 13 nəfər həlak olub - YENİLƏNİB

Bakı. 26 iyul. REPORT.AZ/ Moqadişo aeroportunda baş vermiş partlayışda 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil Afrika Birliyinin sülhməramlı bazası yaxınlığında partladılıb.

Telekanalın məlumatına görə, terror hücumuna görə məsuliyyəti üzərinə "Əl-Şabab" terror qruplaşması götürüb.

***10:39

Somalinin paytaxtı Moqadişoda terror hücumu həyata keçirilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şahidlər güclü partlayış olduğunu və avtomatla atışma səsləri gəldiyini bildirib.

Digər şahidlər aeroportun girişində törədilmiş iki terror aktı barədə məlumat verib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi