​Somalidə 9 nəfər Təhsil Nazirliyinin binasına basqının qurbanı olub

​Somalidə 9 nəfər Təhsil Nazirliyinin binasına basqının qurbanı olub Bəzi xəbərlərə əsasən, basqınçılar girov da götürüblər
Digər ölkələr
14 Aprel , 2015 17:42
​Somalidə 9 nəfər Təhsil Nazirliyinin binasına basqının qurbanı olub

Bakı. 14 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına basqın nəticəsində 9 nəfər ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, içərisində partlayıcı qurğu olan avtomobil nazirlik ərazisinin divarına çırpılaraq partlayıb.

Bundan sonra silahlılar binaya soxulublar. Bəzi xəbərlərə əsasən, basqınçılar girov da götürüblər.

Hakimiyyət binanın hazırda hökumət qüvvələrinin nəzarəti altında olduğunu bəyan edib.

Xatırladaq ki, basqının məsuliyyətini "əş-Şəbab" terrorçu qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi