Bakı. 25 mart. REPORT.AZ/ Somalinin Qalmuduq ştatında son sutka ərzində "Əş-Şabab" radikal qruplaşmasının ən azı 23 yaraqlısı məhv edilib, daha 22 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə cümə günü "Sinxua" agentliyi məlumat yayıb.
"Bizim silahlı qüvvələrimiz 23 yaraqlını zərərsizləşdiriblər, bir neçə digərini saxlayıblar, həmçinin silah-sursat götürülüb", — deyə yerli hakimiyyət nümayəndəsi Məhəmməd Aden Osman bildirib.