Solomon adaları yaxınlığında 6.3 bal gücündə zəlzələ olub

Solomon adaları yaxınlığında 6.3 bal gücündə zəlzələ olub Xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat daxil olmayıb
Digər ölkələr
23 Aprel , 2015 08:19
Solomon adaları yaxınlığında 6.3 bal gücündə zəlzələ olub

Bakı. 23 aprel. REPORT.AZ/ Solomon Adalarının 158 kilometr cənub-şərqində 6.3 böyüklüyündə zəlzələ meydana gəlib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytı məlumat yayıb.

Xidmətdən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 72 km dərinlikdə olub.

Ölənlər, xəsarət alanlar, həmçinin dağıntı və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi