Sloveniyada 70 avtomobil toqquşub: 4 ölü, 30 yaralı - VİDEO - YENİLƏNİB

Sloveniyada 70 avtomobil toqquşub: 4 ölü, 30 yaralı - VİDEO - YENİLƏNİB Çoxlu sayda insan maşınların arasında sıxılmış vəziyyətdə qalmaqdadır
Digər ölkələr
31 Yanvar , 2016 19:28
Sloveniyada 70 avtomobil toqquşub: 4 ölü, 30 yaralı - VİDEO - YENİLƏNİB

Bakı. 31 yanvar. REPORT.AZ/ Şənbə günü Sloveniyanın qərb hissəsində yük maşınları və avtobuslar daxil olmaqla onlarla maşının iştirakı ilə baş verən qəzada ən azı 4 nəfər həyatını itirib.

"Report" STA agentliyinə istinadən xəbər verir ki, iri miqyaslı yol qəzası nəticəsində 30 nəfər yaralanıb.

Ölənlərin sayı dəqiqləşdirilir, çünki çoxlu sayda insan hələ də maşınların arasında sıxılmış vəziyyətdə qalmaqdadır.

***13:48

Sloveniyanın qərb hissəsindən keçən A1 magistralında 70-ə yaxın avtomobil toqquşub. Bu, ölkə tarixində ən kütləvi qəzalardan biridir.

"Report" xəbər verir ki, qəza barədə yerli STA agentliyi yazıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 30-ya yaxın şəxs xəsarət alıb. Qəza zamanı, həmçinin yük avtomobilləri və avtobuslar toqquşub.

İlkin məlumatlara görə, paytaxt Lyublyananı Adriatik dənizi sahilləri ilə birləşdirən yolda baş verən qəzaya səbəb qatı duman olub.

Son xəbərlər

Orphus sistemi