Sloveniya miqrantlar üçün sərhəddə "çətinliklər" yaradır

Sloveniya miqrantlar üçün sərhəddə "çətinliklər" yaradır Sloveniya sərhəddə müvəqqəti "texniki maneələr" quracaq
Digər ölkələr
10 Noyabr , 2015 23:57
Sloveniya miqrantlar üçün sərhəddə çətinliklər yaradır

Bakı. 10 noyabr. REPORT.AZ/ Avropa İttifaqının üzvü olan Sloveniya Avropaya bu həftə yeni miqrant axını gözlənildiyi vaxt Xorvatiya ilə sərhəddə "maneələr" yaradılmasını planlaşdırır.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Macarıstanın cənubda sərhədi bağlamasından sonra Balkanlardan qərbi Avropaya üz tutan minlərlə miqrantın əsas yolunda olan Sloveniyanın Baş naziri Miro Kerar sərhədin açıq qalacağına təkid edir.

O, Sloveniyanın Xorvatiya sərhəddə müvəqqəti "texniki maneələr" qurulacağını bildirib. Onun sözlərinə görə, planlara hasarın tikilməsi daxildir və bu, mühacirləri sərhəd keçidinə istiqamətləndirmək məqsədi daşıyır. "Biz sərhədlərimizi bağlamırıq"- deyə baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi