Slovakiyanın birinci prezidenti vəfat edib

Slovakiyanın birinci prezidenti vəfat edib Mixal Kovaç Parkinson xəstəliyindən əziyyət çəkirdi
Digər ölkələr
6 Oktyabr , 2016 00:02
Slovakiyanın birinci prezidenti vəfat edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Slovakiya Respublikasının 1993-1998-ci illərdə ali dövlət vəzifəsini tutmuş birinci prezidenti Mixal Kovaç oktyabrın 5-i Bratislavada vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

"Onun ölümünə "ürək dayanması" səbəb olub", - deyə məlumatda bildirilir.

"Mixal Kovaç uzun müddət idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi və o, 87 yaşında ikən dünyasını dəyişdi", - deyə radio qeyd edib.

Son xəbərlər

Orphus sistemi