​Slovakiyada iki təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb

​Slovakiyada iki təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb Təyyarələrdə 40-dək sərnişinin olduğu bildirilib
Digər ölkələr
20 Avqust , 2015 15:10
​Slovakiyada iki təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb

Bakı. 20 avqust. REPORT.AZ/ Slovakiyanın qərbində "An-2" və "L-410" tipli iki idman təyyarəsinin havada toqquşması nəticəsində son məlumata görə 7 nəfər ölüb. 

"Report" xəbər verir ki, bu haqda Bratislav TV "TAZ" məlumat yayıb.

Hadisə ölkənin İlav rayonunda baş verib. Təyyarələr təlim-məşq uçuşu icra edirmiş. 

Məlumata görə, təyyarələrin göyərtəsində təxminən 40-dək sərnişin olub.

Son xəbərlər

Orphus sistemi