​"Siriza" Yunanıstanın Aİ ilə iqtisadi proqramının artıq başa çatdığını bəyan edib

​"Siriza" Yunanıstanın Aİ ilə iqtisadi proqramının artıq başa çatdığını bəyan edib Bunu koalisiyanın iqtisadi siyasətinə cavabdeh olan Yannis Milios bildirib
Digər ölkələr
26 Yanvar , 2015 03:58
​Siriza Yunanıstanın Aİ ilə iqtisadi proqramının artıq başa çatdığını bəyan edib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Siriza" radikal solçu koalisiyası ölkənin əvvəlki hökumətinin Avropa İttifaqı (Aİ) ilə razılaşdırdığı Yunanıstana dəstək iqtisadi proqramının fəaliyyətini başa çatdırmaq niyyətindədir.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu koalisiyanın iqtisadi siyasətinə cavabdeh olan Yannis Milios bildirib.

"Güman edirəm ki, Harduvelis (Yunanıstanın maliyyə naziri — red.) texniki xarakterli bütün işləri bağlayacaq. Harduvelisin Samarasın (Yunanıstanın baş naziri - red.) nümayəndəsi kimi razılaşdırdığı proqrama gəldikdə isə, o artıq mövcud deyil", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi