​SIPRI Kerri və Zərifin namizədliyinin Nobel Sülh Mükafatına təqdim olunması xəbərini təkzib edib

​SIPRI Kerri və Zərifin namizədliyinin Nobel Sülh Mükafatına təqdim olunması xəbərini təkzib edib "Bu bizim əməkdaşlarımızdan birinin şəxsi fikri idi"
Digər ölkələr
15 İyul , 2015 15:19
​SIPRI Kerri və Zərifin namizədliyinin Nobel Sülh Mükafatına təqdim olunması xəbərini təkzib edib

Bakı. 15 iyul. REPORT.AZ/ Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2016-cı il üçün İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin Nobel Sülh Mükafatına namizəd kimi təşkilat tərəfindən irəli sürülməsi xəbərini təkzib edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Bu bizim əməkdaşlarımızdan birinin şəxsi fikri idi, SIPRI bu məsələ ilə bağlı rəsmi qərar qəbul etməyib", - institutdan bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl İranın İRNA xəbər agentliyi məlumat yaymışdı ki, SIPRI İranın nüvə proqramına dair sazişin əldə olunmasına görə Nobel Sülh Mükafatına Zərif və Kerrinin namizədliyini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi