​Sinay yarımadasına hücum nəticəsində 25 nəfər öldürülüb

​Sinay yarımadasına hücum nəticəsində 25 nəfər öldürülüb Ölənlərin əksəriyyəti Misir əsgərləridir
Digər ölkələr
30 Yanvar , 2015 02:24
​Sinay yarımadasına hücum nəticəsində 25 nəfər öldürülüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Sinay yarımadasının Əl-Ariş şəhərinə terrorçu hücumu nəticəsində 25 nəfər ölüb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti Misir əsgərləridir.

Qeyd olunur ki, partlayışlardan biri maşına qoyulan bombanın işə salınması nəticəsində reallaşdırılıb.

Yaraqlılar, həmçinin şəhəri raket atəşinə tutublar.

Hücum nəticəsində hərbi baza, polis qərargahı və hərbçilərin yaşayış kompleksi zərər çəkib.

Son xəbərlər

Orphus sistemi