​Şimali Koreyada daşqın nəticəsində 40-dan çox insan ölüb

​Şimali Koreyada daşqın nəticəsində 40-dan çox insan ölüb Hakimiyyət baş verən hadisə ilə bağlı heç bir şərh verməyib
Digər ölkələr
26 Avqust , 2015 15:31
​Şimali Koreyada daşqın nəticəsində 40-dan çox insan ölüb

Bakı. 26 avqust. REPORT.AZ/ Şimali Koreyada baş verən daşqın nəticəsində 40-dan çox insan ölüb, 150 ev dağılıb və daha 860 binaya ziyan dəyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Xəbərdə bildirilib ki, daşqın ölkənin şimal-şərqində, Rusiya və Çin sərhədi yaxınlığında yerləşən Rason şəhərində baş verib.

Cənubi Koreyanın "Renxap" agentliyinin məlumatına əsasən, ümumilikdə 11 min nəfər təbii fəlakətdən ziyan çəkib. 

Şimali Koreya hakimiyyəti baş verən hadisə ilə bağlı heç bir şərh verməyib.

Son xəbərlər

Orphus sistemi