Şimali Koreyada baş verən zəlzələyə nüvə sınağının səbəb olduğu iddia edilir

Şimali Koreyada baş verən zəlzələyə nüvə sınağının səbəb olduğu iddia edilir Cənubi Koreya höküməti növbədənkənar iclasa toplaşacaq
Digər ölkələr
6 Yanvar , 2016 06:41
Şimali Koreyada baş verən zəlzələyə nüvə sınağının səbəb olduğu iddia edilir

Bakı. 6 yanvar. REPORT.AZ/ Şimali Koreyada bu gün səhər baş vermiş 5,1 bal gücündəki

zəlzələyə növbəti nüvə sınağının səbəb olduğu iddia edilir.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya hökümətinin üzvləri süni zəlzələ xəbərlərini müzakirə etmək üçün növbədənkənar iclasa toplaşacaq.

Yeraltı təkanların episentrinin Kilçu şəhərinin yaxınlığında yerləşdiyi qeyd olunur.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi