​Şimali Koreya təhlükəsilik nazirliyinin yüksək vəzifəli əməkdaşı Cənubi Koreyaya qaçıb

​Şimali Koreya təhlükəsilik nazirliyinin yüksək vəzifəli əməkdaşı Cənubi Koreyaya qaçıb Xəbərdə bildirilib ki, onun təhlükəsizlik orqanında tutduğu vəzifə hökumətdəki nazir postuna bərabər olub
Digər ölkələr
22 Oktyabr , 2015 10:51
​Şimali Koreya təhlükəsilik nazirliyinin yüksək vəzifəli əməkdaşı Cənubi Koreyaya qaçıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Dövlət Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşı Koreya Respublikasına (Cənubi Koreya) qaçıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Seulda nəşr olunan "Tona ilbo" qəzeti məlumat yayıb.

Məlumata görə, Şimali Koreyanın Dövlət Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşı xaricdə səfərdə olarkən, Cənubi Koreyaya qaçıb. Xəbərdə bildirilib ki, onun təhlükəsizlik orqanında tutduğu vəzifə hökumətdəki nazir postuna bərabər olub.

Məlumata görə, Cənubi Koreya kəşfiyyatının rəsmisi bir müddət öncə parlamentdə bildirib ki, son 3 ildə ölkəyə Şimali Koreyanın 46 yüksək vəzifəli şəxsi sığınıb. Xəbərə əsasən, onların çoxu xaricdə ölkəsini təmsil edən nümayəndəliklərdə işləyirmiş. 

Son xəbərlər

Orphus sistemi