Şimali Koreya: "Səfirin ülgüclə yaralanması ədalətlidir"

Şimali Koreya: "Səfirin ülgüclə yaralanması ədalətlidir" Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatında deyilir ki, hücum edən şəxs "ədalət bıçağından" istifadə edib
Digər ölkələr
5 Mart , 2015 23:13
Şimali Koreya: Səfirin ülgüclə yaralanması ədalətlidir

Bakı. 5 mart. REPORT.AZ/ Şimali Koreya ABŞ səfirinə Cənubi Koreyada edilmiş hücumu "Amerika militaristlərinin ədalətlə cəzalandırılması" adlandırıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatında deyilir ki, hücum edən şəxs "ədalət bıçağından" istifadə edib.

Xatırladaq ki, Seulda işgüzar nahara yollanan ABŞ-ın Cənubi Koreya səfiri Mark Lippert ülgüclə silahlanmış kişi tərəfindən hücuma məruz qalıb. Hadisə yerindən alınan şəkillərdən diplomatın üzü və sol əlinin qan içində olduğu görünür.

Hücumdan dərhal sonra Lipperti xəstəxanaya aparıblar.ABŞ Dövlət Departamenti bəyan edib ki, diplomatın həyatına təhlükə yoxdur.

Hücum edən 55 yaşlı kişi cinayət yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hücum etməzdən qabaq o: “Şimali və Cənubi Koreyalar gərək birləşsinlər!” – deyə bağırıb.

O həmçinin hazırda ABŞ-la Cənubi Koreyanın keçirdikləri birgə illik hərbi məşqlərlə bağlı narazılıq bildirib.

Son xəbərlər

Orphus sistemi