Şimali Koreya liderinə xidmət edən klinikanın vəzifəli məmuru ölkədən qaçıb

Şimali Koreya liderinə xidmət edən klinikanın vəzifəli məmuru ölkədən qaçıb O, Çindən sığınacaq almağa səy göstərir
Digər ölkələr
5 Oktyabr , 2016 10:28
Şimali Koreya liderinə xidmət edən klinikanın vəzifəli məmuru ölkədən qaçıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Şimali Koreyanın yüksək vəzifəli məmuru ailə üzvləri ilə birlikdə Çinə qaçıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, ölkənin lideri Kim Çen Ina və ailə üzvlərinə xidmət edən klinikanı dərmanla təchiz edirmiş.

Məlumata görə, həmin məmur Şimali Koreya Səhiyyə Nazirliyinin təmsilçisi olaraq, həm də ölkə paytaxtı Pxenyandakı klinikalardan birinə dərman preparatlarının tədarükünə məsuliyyət daşıyırmış.

İnformasiyaya əsasən, o, Çindən sığınacaq almağa səy göstərir.

Yaponiya mətbuatı yazıb ki, Şimali Koreyanın iki məmuru Yaponiyanın Pekindək səfirliyinə sığınacaq almaq üçün müraciət edib. Amma səfirlik bu xəbəri təkzib edib.

Son xəbərlər

Orphus sistemi