​Şimali Koreya lideri ordunu Seula hücum üçün hazır olmağa çağırıb

​Şimali Koreya lideri ordunu Seula hücum üçün hazır olmağa çağırıb Kim Çen In ordunun öz döyüş ruhunu yüksək səviyyədə saxlamalı olduğunu bildirib
Digər ölkələr
25 Mart , 2016 06:31
​Şimali Koreya lideri ordunu Seula hücum üçün hazır olmağa çağırıb

Bakı. 25 mart. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In cümə günü artilleriya təlimlərini təftiş edərkən, əsgərləri hücum əmri olan kimi Seuldakı hökumət təşkilatlarına zərbə endirmək üçün hazır olmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyinə istinadən "Renxap" nəşri məlumat yayıb.

O bildirib ki, Şimali Koreya Cənubi Koreyanın dövlət institutlarını "amansızcasına məhv edərək" ölkənin birləşməsinə nail olmalıdır. In qeyd edib ki, ordu döyüş ruhu və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamalıdır.

Son xəbərlər

Orphus sistemi